BANK

15 Oktyabr

"Xalq Bank" III rübü xalis mənfəətlə başa vurub - 312 MİN MANAT ARTIB - HESABAT

"Xalq Bank" ASC 2024-cü ilin yanvar-sentyabr dövrünü 54 milyon 48 min manat xalis mənfəətlə başa vurub. Bu, 2023-cü ilin eyni dövründəki 53 milyon 736 min manat xalis mənfəətə nisbətən 312 min manat artım (0.58%) deməkdir.

Gəlirlər

Fins.az Bankın rüblük hesabatlarına istinadən xəbər verir ki, "Xalq Bank"ın cəmi faiz gəlirləri 2023-cü ilin 9 ayında 116 milyon 336 min manat, 2024-cü ilin 9 ayında isə 136 milyon 452 min manata yüksəlib. Bu, 20 milyon 116 min manat və ya 17,3% artım deməkdir. Bankın qeyri-faiz gəlirləri isə 11 milyon 644 min manat artaraq 32 milyon 129 min manata çatıb, bu da 56,8% artım göstəricisidir.

Əməliyyat Gəlirləri və Xərcləri

2024-cü ilin 9 ayında "Xalq Bank"ın cəmi əməliyyat gəliri 31 milyon 760 min manat artıb, lakin cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 26 milyon 283 min manat artmışdır. Gəlirdəki artım xərcdəki artımdan daha çox olduğuna görə, bankın əməliyyat mənfəəti 5 milyon 478 min manat artaraq 63 milyon 804 min manat təşkil edib. Eyni zamanda, mümkün zərərlər üçün yaradılan ehtiyatlardan azad olmuş 1 milyon 602 min manat mənfəətə əlavə edilib. 2024-cü ildə "Xalq Bank" 65 milyon 406 min manat vergi ödənilənədək, 11 milyon 358 min manat mənfəət vergisi ödəyib. 2023-cü ildə isə mümkün zərərlər üçün yaradılan ehtiyatlardan 194 min manat mənfəətə əlavə edilmiş və 5 milyon 530 min manat mənfəət vergisi ödənilmişdi.

Kredit Portfeli

2023-cü ilin sonu ilə müqayisədə 2024-cü ilin 9 ayı ərzində "Xalq Bank"ın kredit portfeli 103 milyon 112 min manat (5,6%) artaraq 30 sentyabr 2024-cü il tarixində 1 milyard 930 milyon 77 min manata çatıb.

Cəmi Aktivlər və Depozitlər

Depozitlərdəki dəyişikliklə əlaqədar bankın cəmi aktivləri 140 milyon 88 min manat azalaraq 30 sentyabr 2024-cü il tarixində 2 milyard 942 milyon 459 min manat təşkil edib. Eyni zamanda, "Xalq Bank"ın cəmi depozit portfeli 2023-cü ilin sonu ilə müqayisədə 240 milyon 275 min manat azalaraq 1 milyard 980 milyon 696 min manata geriləyib.

Fuad Mədətov
Fins.az