BANK

15 Oktyabr

Azər Türk Bank-ın maliyyə vəziyyəti AÇIQLANDI

Dövlət bankı Azər Türk Bank, 2024-cü ilin üçüncü rübünü uğurla başa vurdu.

Fins.az bu barədə bankın yayımladığı məlumata istinadən xəbər verir ki, 01 oktyabr 2024-cü il tarixinə aktivləri, ötən ilin müvafiq dövrü ilə müqayisədə 80%-dək artaraq 1 milyard 548 milyon manat səviyyəsinə çatıb.

Eyni zamanda, bankın kredit portfelinin həcmi 779,3 milyon manat təşkil edir ki, bu da ötən ilin göstəricisinə nisbətən 80% artım deməkdir.

Azər Türk Bankın gəlirləri 106,5 milyon manat, xərcləri isə 79,5 milyon manat olub. 2024-cü ilin doqquz ayında Bank 18,3 milyon manatdan çox xalis mənfəət əldə edib.

Bankın cəmi öhdəlikləri 1,4 milyard manat təşkil edir; bu məblğ daxilində depozit portfeli 928,4 milyon manata yüksəlib. Əhali tərəfindən Banka yatırılan əmanətlərin məbləği 84 milyon manatdır.

01 oktyabr 2024-cü il tarixinə Bankın məcmu kapitalı 96,3 milyon manat olub.

Bankın aktivlərinin gəlirlilik əmsalı (ROA) 1,6%, kapitalın gəlirlilik əmsalı (ROE) isə 23% təşkil edir.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2022-ci il tarixli Fərmanı ilə “Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilmişdir.

Fuad Mədətov
Fins.az