BANK

11 Oktyabr

Banklar rəqəmsal platformada dövlət xidmətlərini təmin edəcək

Azərbaycanın iki böyük bankı, öz sistemləri vasitəsi ilə dövlət xidmətlərini təmin etməyə hazırlaşır.

Fins.az, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədr müavini Rəşad Xalıqovun, "PAŞA Holdinq" MMC-nin təşkil etdiyi “INMerge” Innovasiya Sammitindəki açıqalamalarına istinadən xəbər verir.

"Açıq hökumət" təşəbbüsləri çərçivəsində həyata keçiriləcək layihə hal-hazırda pilot mərhələdədir. Rəşad Xalıqov, layihənin icrası üçün iki böyük bankla danışıqların aparıldığını və bunun konseptual bir yanaşma olduğunu vurğulayıb. Bu təşəbbüs, dövlət xidmətlərinin daha əlçatan olmasını və müasir texnologiyaların istifadəsini təmin edəcək.
 

Zemfira Ms
Fins.az