BANK

20 Sentyabr

Türkiyə lirəsi dollar qarşısında rekord səviyyədə ucuzlaşır

Türkiyə lirəsi dollar qarşısında kəskin şəkildə ucuzlaşmaqdadır.

Fins.az-ın xəbərinə görə, sentyabrın 20-də birjalarda Dollar/Türkiyə Lirəsi məzənnəsi rekord səviyyəyə yüksələrək 34,09 TL olub.

Avro/Türkiyə Lirəsi məzənnəsi də 38,18 TL səviyyəsini test edib. Bu gün TL dollar qarşısında 0,2% dəyər itirib. Son bir ayda isə lirə 1% ucuzlaşıb.

Türkiyə Mərkəzi Bankı dolların bugünkü alış məzənnəsini 33,97 TL, satış məzənnəsini isə 34,03 TL olaraq müəyyən edib.