BANK

20 Sentyabr

"İrşad" MMC BOKT lisenziyasını aldı

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə "İrşad” MMC bank olmayan kredit təşkilatına (BOKT) lisenziya verilib.

Fins.az bu barədə tənzimləyici quruma istinadən xəbər verir.

Məlumata görə, bununla da ölkədə lisenziyası olan BOKT-ların sayı 57-yə çatıb.

Xatırladaq ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “İrşad” BOKT-u ötən ilin sentyabr ayında dövlət qeydiyyatına alıb. Onun hüquqi ünvanı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsi, 25, nizamnamə kapitalı 1 milyon manat, qanuni təmsilçisi isə Zaur Miqirovdur.

Fuad Mədətov
Fins.az