BANK

17 Sentyabr

Mərkəzi Bankda investisiya şirkətlərinin nümayəndələri üçün təlim keçirilib

Mərkəzi Bank ilə Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti tərəfindən investisiya şirkətlərinin nümayəndələri üçün təlim keçirilib.

Fins.az xəbər verir ki, təlim çərçivəsində “Müştəri uyğunluğu və yeni texnologiyaların tətbiqi zamanı verifikasiya tədbirlərinə, risk faktorlarının müəyyən edilməsinə və müştəri profilinin risk qruplarına aid edilməsinə dair Qaydalar” əhatə olunub.

Sözügedən qaydaların praktiki məqamları ilə bağlı xüsusi təqdimat nümayiş etdirilib və bu istiqamət üzrə suallar cavablandırılıb.

Fuad Mədətov
Fins.az