BANK

16 Sentyabr

Mərkəzi Bankın faiz qərarı: 7,25%-lik səviyyə dəyişəcəkmi?

Azərbaycan Mərkəzi Bankı (AMB) bu həftə, sentyabrın 18-də növbəti dəfə uçot faiz dərəcəsi ilə bağlı qərarını verəcək. Bu il ərzində bu, AMB-nin faiz dərəcəsi ilə bağlı altıncı qərarı olacaq.

Fins.az xəbər verir ki, son iki iclasında AMB İdarə Heyəti uçot dərəcəsini dəyişməyərək 7,25%-də sabit saxlayıb. Faiz dəhlizinin aşağı həddi 6,25%, yuxarı həddi isə 8,25% səviyyəsində qalıb.

AMB-nin uçot dərəcəsi ilə bağlı növbəti qərarlarının, xüsusən dəyişikliklərin olub-olmamasının, inflyasiya səviyyəsi, eləcə də daxili və xarici risk amillərinin dinamikasına əsaslanacağı qeyd edilib.

Fuad Mədətov
Fins.az