Rusiya Bankının (Mərkəzi Bank) Direktorlar Şurası bu gün keçirilən iclasında uçot dərəcəsini 100 baza bəndi artıraraq illik 19%-ə çatdırıb.
Fins.az xəbər verir ki, Mərkəzi Bank hazırkı inflyasiya təzyiqlərinin yüksək olaraq qaldığını qeyd edib. 2024-cü ilin sonuna qədər illik inflyasiyanın, çox güman ki, iyul proqnoz aralığı olan 6,5-7%-i keçəcəyi gözlənilir. Daxili tələbatın artımı mal və xidmətlərin təklifinin genişləndirilməsi imkanlarını xeyli üstələyir. Dezinflyasiya prosesini bərpa etmək, inflyasiya gözləntilərini azaltmaq və 2025-ci ildə hədəfə qayıtmasını təmin etmək üçün pul siyasətinin əlavə sərtləşdirilməsi tələb olunur.
Rusiya Bankı növbəti iclasda da uçot dərəcəsinin artırılması ehtimalını istisna etmir. Əksər analitiklərin ilkin proqnozlarına görə, oktyabrda keçiriləcək növbəti iclasda artım ehtimalı ilə sentyabrda uçot dərəcəsinin 18% səviyyəsində saxlanılması gözlənilirdi.
Əsas məzənnə ilə bağlı məsələyə baxılacaq növbəti iclas oktyabrın 25-nə təyin edilib.