BANK

12 Sentyabr

Azərbaycanın xalis maliyyə öhdəlikləri azalıb

Bu ilin I yarısında Azərbaycanın xalis maliyyə öhdəlikləri 2 milyard 80,9 milyon ABŞ dolları azalıb.

Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ötən ilin eyni dövründə xalis maliyyə öhdəliklərində 498,6 milyon ABŞ dolları artım olub.

Yarımillik azalma Azərbaycana cəlb olunmuş birbaşa investisiyaların 2 milyard 978,2 milyon ABŞ dolları artması (1 il əvvələ nisbətən cüzi az), cəlb olunmuş investisiyaların repatriasiyasının 3 milyard 352,3 milyon ABŞ dolları azalması (8,1 % az), neft bonusunun 456,4 milyon ABŞ dolları artması (1,4 % çox), portfel investisiyalarının 889,5 milyon ABŞ dolları azalması (52,8 % çox), digər investisiyaların isə 1 milyard 273,7 milyon ABŞ dolları azalması (1 il bundan əvvəl artım olub) hesabına təmin edilib.

Fuad Mədətov
Fins.az