BANK

12 Sentyabr

Azərbaycanın xalis maliyyə aktivləri 128,5 milyon ABŞ dolları artıb

Bu ilin I yarısında Azərbaycanın xalis maliyyə aktivləri 128,5 milyon ABŞ dolları artıb.

Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ötən ilin eyni dövründə xalis maliyyə aktivlərində 10 milyon dollar azalma olub.

Yarımillik artım xaricə yönəldilmiş birbaşa investisiyaların 421,4 milyon ABŞ dolları artması (1 il bundan əvvəl azalma olub), portfel investisiyalarının 609,6 milyon ABŞ dolları artması (21,8 % çox), digər investisiyaların isə 902,5 milyon ABŞ dolları azalması (2,2 dəfə çox) hesabına təmin edilib.

Fuad Mədətov
Fins.az