Bu ilin I yarısında Azərbaycanın tədiyyə balansının ümumi profisiti 648,1 milyon ABŞ dolları təşkil edib.
Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 8,1 dəfə azdır.
Ümumi profisit aşağıdakı komponentlərin təsiri ilə formalaşıb:
- Cari əməliyyatlar balansındakı 2 milyard 625,3 milyon ABŞ dolları profisit (keçən il ilə müqayisədə 49,1% az),
- Kapital hesabındakı 0,5 milyon ABŞ dolları profisit (bir il əvvəl kəsir olub),
- Maliyyə hesabındakı 2 milyard 209,4 milyon ABŞ dolları kəsir (bir il əvvəl profisit olub),
- Balanslaşdırıcı maddələr üzrə 231,7 milyon ABŞ dolları profisit (keçən il kəsir olub).
Fuad Mədətov
Fins.az