BANK

12 Sentyabr

Mərkəzi Bank CƏB profisiti üzrə proqnozunu eyni saxlayır

Azərbaycan Mərkəzi Bankı (AMB) baza ssenari əsasında cari əməliyyatlar balansının (CƏB) profisiti ilə bağlı bu ilin iyul ayında verdiyi proqnozu dəyişməyib.

Fins.az xəbər verir ki, bunu AMB-də keçirilən brifinqdə qurumun Statistika departamentinin direktoru Samir Nəsirov bildirib.

S.Nəsirovun sözlərinə görə, cari əməliyyatlar balansının profisiti ilə bağlı proqnoz 6-7 milyard ABŞ dolları arasında olacaq.

Fuad Mədətov
Fins.az