BANK

12 Sentyabr

Bu il Azərbaycana 3 milyard ABŞ dolları investisiya cəlb edilib

Bu ilin I yarısında Azərbaycana cəlb olunmuş birbaşa investisiyalar 3 milyard ABŞ dolları, investisiyanın repatriasiyası isə 3,4 milyard ABŞ dolları təşkil edib.

Fins.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankında keçirilən brifinqdə qurumun Statistika departamentinin direktoru Samir Nəsirov bildirib.

Həmçinin, S.Nəsirov qeyd edib ki, hesabat dövründə xaricə yönəldilmiş birbaşa investisiyalar təxminən 1 milyard ABŞ dolları olub.

Fuad Mədətov
Fins.az