BANK

12 Sentyabr

Azərbaycanın idarə və təşkilatları qiymətli kağızlar bazarından 491 milyon ABŞ dolları gəlir əldə edib

Bu ilin I yarısında Azərbaycandakı idarə, müəssisə və təşkilatlar qiymətli kağızlar bazarından 491 milyon ABŞ dolları gəlir əldə edib.

Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankında keçirilən brifinqdə qurumun Statistika departamentinin direktoru Samir Nəsirov məlumat verib.

S.Nəsirovun sözlərinə görə, bu məbləğ ötən ilin eyni dövrü ilə müqayisədə 49% artım nümayiş etdirir.

Fuad Mədətov
Fins.az