BANK

11 Sentyabr

Avqust 2024: İnflyasiya göstəriciləri

2024-cü ilin avqust ayında inflyasiya 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3,5% artıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, istehlak qiymətləri indeksi müxtəlif kateqoriyalarda aşağıdakı dəyişiklikləri göstərib: qida məhsulları, içkilər və tütün məmulatları üzrə 103,0%, qeyri-qida məhsulları üzrə 101,8%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə isə 105,6% artım müşahidə olunub.

Fins.az xəbər verir ki, avqust ayında inflyasiya əvvəlki ayla müqayisədə 0,4% artmış, yanvar-avqust dövründə isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,3% təşkil edib. Bu məlumatlar iqtisadiyyatdakı qiymət dəyişikliklərini və inflyasiyanın uzunmüddətli tendensiyasını əks etdirir.