BANK

10 Sentyabr

Naxçıvanda güzəştli kreditlərin geri qaytarılması 3,8 dəfə artıb

2024-cü ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasının Sahibkarlığın İnkişafı Fondunun cari hesabına qaytarılan güzəştli kreditlər üzrə daxilolmalar 14,3 milyon manat təşkil edib.

Fins.az xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 3,8 dəfə artıb.

Həmçinin, 8 ay ərzində 10,3 milyon manat vaxtı keçmiş kredit vəsaitinin ödənilməsi təmin edilib ki, bu da əvvəlki ilə nisbətən 21,1 dəfə çoxdur.

Fuad Mədətov
Fins.az