BANK

10 Sentyabr

Azərbaycanda 8 ayda verilən güzəştli kreditlərin həcmi AÇIQLANIB

2024-cü ilin səkkiz ayı ərzində Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən müvəkkil kredit təşkilatları vasitəsilə 3507 layihənin maliyyələşdirilməsinə 138,3 milyon manat güzəştli kredit verilib.

Bu barədə Fins.az-a Fonddan bildirilib.

Qeyd edək ki, sahibkarlar SİF-in güzəştli kreditlərindən yararlanmaq üçün müvəkkil kredit təşkilatlarına müraciət etməlidirlər. Müvəkkil kredit təşkilatlarına Fondun əməkdaşlıq etdiyi banklar, bank olmayan kredit təşkilatları və kredit ittifaqları aiddir.

Fuad Mədətov
Fins.az