BANK

09 Sentyabr

Azərbaycan və Qazaxıstan arasında pul köçürmələrinin həcmi AÇIQLANIB

2024-cü ilin iyul ayında Qazaxıstandan Azərbaycana beynəlxalq pul köçürmə sistemləri (SMPD) vasitəsilə 1.400-dən çox əməliyyat həyata keçirilib.

Fins.az xəbər verir ki, Qazaxıstan Milli Bankının hesabatına əsasən, bu əməliyyatların ümumi həcmi 1,11 milyard tenge (təxminən 2,3 milyon ABŞ dolları) təşkil edib. İyul ayında Azərbaycana edilən pul köçürmələrinin sayı və həcmi üzrə Azərbaycanın payı müvafiq olaraq 0,7% və 1,4% olub.

Bununla yanaşı, iyul ayında Azərbaycandan Qazaxıstana ümumilikdə 540 milyon tenge (təxminən 491 min ABŞ dolları) həcmində əməliyyatlar həyata keçirilib. Azərbaycanın bu əməliyyatların sayı və həcmi üzrə payı müvafiq olaraq 0,8% və 2,3% təşkil edib.

Qeyd edək ki, 2024-cü ilin iyul ayında Qazaxıstandan SMPD vasitəsilə həyata keçirilən pul köçürmələrinin ümumi həcmi 207,5 milyard tenge (təxminən 14,3 milyon dollar) təşkil edib və 274 min əməliyyat icra olunub. Əvvəlki ay, yəni iyun ayı ilə müqayisədə, əməliyyatların sayında 0,5%, həcmlərində isə 12% azalma müşahidə edilib.

Fuad Mədətov
Fins.az