BANK

09 Sentyabr

AMB: Yaşıl kreditlər üçün yeni təlimat hazırlanıb

Azərbaycan Mərkəzi Bankı (AMB) "yaşıl kredit"lər və digər əlaqəli maliyyə alətlərinin istifadəyə verilməsi üçün xüsusi təlimat hazırlayıb.

Fins.az xəbər verir ki, bunu AMB-nin Dayanıqlı Maliyyə şöbəsinin aparıcı iqtisadçısı Kənan Məmmədov Bakıda keçirilən “Yaşıl iqtisadiyyatda kiçik və orta biznesin rolu” mövzusunda konfransda açıqlayıb. Tədbir İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin dəstəyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə baş tutub.

Kənan Məmmədovun sözlərinə görə, təlimat "yaşıl taksonomiya" ilə sıx əlaqəlidir və artıq AMB-nin İdarə Heyətinə təqdim edilib. Yaxın həftələrdə onun təsdiqlənməsi gözlənilir.

Fuad Mədətov
Fins.az