BANK

09 Sentyabr

Mərkəzi Bankın “Yaşıl Taksonomiya” üzrə işləri: KOB-ların yaşıl keçidinə dəstək

Azərbaycan Mərkəzi Bankı, ölkədə "yaşıl maliyyə"nin inkişafını təşviq etmək məqsədilə “yaşıl taksonomiya” üzərində iş aparır.

Fins.az xəbər verir ki, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, bu təşəbbüsün əhəmiyyətini “Yaşıl iqtisadiyyatda kiçik və orta biznesin rolu” mövzusunda keçirilən konfransda vurğulayıb.

Nazirin sözlərinə görə, yaşıl taksonomiya iqtisadi fəaliyyətlərin “yaşıl standart”lar əsasında təsnifləşdirilməsini təmin edəcək.

Bu, müəssisələrə dayanıqlı və ekoloji cəhətdən təmiz investisiyaların daha çox dəstək almasına imkan yaradacaq. KOB-ların yaşıl keçidini maliyyələşdirmək üçün mövcud maliyyə resurslarının daha effektiv istifadəsi məqsədini güdən bu yanaşma, yaşıl iqtisadiyyatın inkişafına müsbət təsir göstərəcək.