BANK

02 Sentyabr

Azərbaycanda manatla geniş pul kütləsi 11,8 % artıb

Bu il avqustun 1-nə Azərbaycanda geniş mənada pul kütləsinin həcmi 44 milyard 920,7 milyon manat təşkil edib.

Fins.az-ın Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi xəbərə görə, bu, aylıq müqayisədə 0,3 %, ilin əvvəlinə nisbətən 0,3 % az, illik müqayisədə isə 9,4 % çoxdur.

O cümlədən, manatla geniş mənada pul kütləsinin həcmi avqustun 1-nə 35 milyard 452,6 milyon manat təşkil edib. Bu, iyulun 1-nə olan analoji göstəricidən 0,9 %, ilin əvvəlinə nisbətən 0,2 %, illik müqayisədə isə 11,8 % çoxdur.