Bu ilin yanvar-iyul ayları ərzində Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən 7516 kənd təsərrüfatı texnikasının satışı maliyyələşdirilib ki, bu da bir il öncəki göstəricini 85,1 faiz üstələyir.
Fins.az Aqrar Tədqiqatlar Mərkəzinin hesabatına əsasən, xəbər verir ki, cari ilin ilk yeddi ayında aqrar sektorda fəaliyyət göstərən 2521 fiziki və hüquqi şəxsə 46,4 milyon manat məbləğində güzəştli kredit verilib. 2023-cü ilin yanvar-iyul aylarına nisbətdə güzəştli kredit alanların sayı 9,5 faiz və ya 219 nəfər, kredit məbləği isə 1,3 faiz və ya 600 min manat artıb.
Verilən kreditlərin 36,9 milyon manatı texnika və avadanlıq təyinatlı kreditlər, 480 min manatı güzəştli kreditlər, 9 milyon manatı isə mikrokreditlərdir.