BANK

23 Avqust

AMB bu il 135 min manatdan artıq cərimə və maliyyə sanksiyası tətbiq edib

Azərbaycan Mərkəzi Bankı (AMB) maliyyə sektoruna 2024-cü ilin I yarımilində 135 min 609 manat cərimə və maliyyə sanksiyası tətbiq edib.

Fins.az AMB-yə istinadən xəbər verir ki, bu ilin I yarısında qurum tərəfindən 18 yoxlama və 47 nəzarət tədbiri həyata keçirilib.

Qeyd edilib ki, 6 ayda 28 fiziki və 2 hüquqi şəxs sığorta agentlərinin lisenziyası dayandırılıb, 6 fiziki şəxs və 1 müstəsna hüquqi şəxs sığorta agentinin lisenziyası isə ləğv edilib.

Fuad Mədətov
Fins.az