BANK

25 Avqust

Azərbaycanda ödəniş kartlarının sayı 19,5% artıb

Banklar və “Azərpoçt” MMC sistemləri üzrə iyul ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı 249 min ədəd artaraq 18 milyon 340 min ədəd təşkil edib.

Fins.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu göstərici keçən ilin müvafiq dövrü ilə müqayisədə 19,5% artıb.

Ödəniş kartları arasında artım, debet kartlarında 20,8%, kredit kartlarında isə 11,4% olub.

Bundan əlavə, keçən ilin iyul ayının sonu ilə müqayisədə bankomatların sayı 3%, POS-terminalların sayı isə 19,4% artıb.

Fuad Mədətov
Fins.az