Bu ilin yanvar-iyul aylarında İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun (SİF) verdiyi güzəştli kreditlərin 6,55%-i qadın sahibkarların layihələrinə ayrılıb.
Fins.az-ın Fonda istinadən verdiyi məlumata görə, hesabat dövründə 257 qadın sahibkarın layihələrinə 7,8 milyon manat güzəştli kredit təqdim olunub.
Bundan əlavə, yanvar-iyun aylarında Fondun xətti ilə 99 gənc sahibkarın təqdim etdiyi layihələrə 3,5 milyon manat güzəştli kredit ayrılıb.
Ümumilikdə, 7 ay ərzində SİF sahibkarlara 119 milyon manat güzəştli kredit təqdim edərək 3.252 layihəni maliyyələşdirib.
Fuad Mədətov
Fins.az