BANK

22 Avqust

Azərbaycanın bank sektoru xalis mənfəəti 4,2% artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanın bank sektoru 682,8 milyon manat xalis mənfəət əldə edib.

Fins.az-ın Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 4,2% artım deməkdir.

Yeddi aylıq dövrdə bankların əməliyyat gəlirləri 3 milyard 241,4 milyon manat təşkil edərək 19,4% artıb. Eyni dövrdə əməliyyat xərcləri 2 milyard 200,5 milyon manat (25,8% artım), xüsusi ehtiyatlara ayırmalar isə 207 milyon manat (41,1% artım) olub.

Gözlənilməz gəlirlərin məbləği 2,4 milyon manat təşkil edərək 6 dəfə artıb. Mənfəət vergisi ödəmələri isə 153,4 milyon manat olub, bu da əvvəlki illə müqayisədə 6,1% azalma deməkdir.

Fuad Mədətov
Fins.az