BANK

31 İyul

AMB cari il üçün iqtisadi artım proqnozunu dəyişməyib

2024-cü ilin iyul ayının yenilənmiş proqnozlarına görə, Azərbaycanda ÜDM artımının 3.5-4%, qeyri-neft ÜDM-in isə 5.5-6% artacağı gözlənilir.

Fins.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, iyul ayının proqnozları aprel ayının proqnozları ilə müqayisədə dəyişməyib. 2025-ci ilə gəldikdə isə iqtisadi artım 2-2.5% intervalında, qeyri-neft sektorunda iqtisadi artım isə 4-5% intervalında olacaq.