BANK

30 İyul

Dünya Bankı Azərbaycanda məşğulluğun dəstəklənməsi layihəsinə əlavə maliyyə ayırıb

Dünya Bankının İcraçı Direktorlar Şurası hazırda icra olunan Azərbaycanda Məşğulluğa Dəstək Layihəsini (AMDL) genişləndirmək üçün 150 milyon ABŞ dolları məbləğində əlavə maliyyələşdirməni təsdiqləyib.

Fins.az Dünya Bankına istinadən xəbər verir ki, layihənin məqsədi əhalinin ən həssas qrupları üçün özünüməşğulluq imkanlarını təşviq etməkdir.

Qeyd olunur ki, son üç il ərzində 5 mindən çoxu qadın olmaqla 15 min benefisiar öz bizneslərinə başlamaq üçün aktivlərlə təmin edilib. Benefisiarların qiymətləndirilməsinə əsasən, AMDL iştirakçılarının 70 faizdən çoxu layihə tərəfindən təmin edilən aktivləri aldıqdan sonra azı 24 aydır bizneslərini davam etdirir.

Təsdiqlənən maliyyələşdirmə mövcud məşğulluq proqramlarını və xidmətlərini genişləndirməklə yanaşı, AMDL çərçivəsində biznesin davamlılığına töhfə verəcək.