Birbank Biznes ölkənin birinci bankı Kapital Bank-ın 150 illik yubileyi münasibətilə mikro biznes krediti əldə etmək istəyən fərdi sahibkarlara özəl kampaniya həyata keçirir.
Fins.az qeyd edir ki, kampaniya müddətində mikro biznes krediti əldə etmiş fərdi sahibkarlara kreditin 150 günədək hesablanan faiz ödənişləri hədiyyə olunur. 24 iyul - 31 avqust 2024-cü il tarixlərində qüvvədə olacaq kampaniya 12 ay və daha uzun müddətə verilən mikro biznes kreditlərinə şamil olunur.
Faiz endirimli günlərin sayı kreditin müddətindən asılı olaraq təyin edilir.
Kampaniyadan yararlanmaq və ətraflı məlumat üçün : //kbl.az/bbprmbk
Sahibkarlara vaxta qənaət etmək imkanı verən Birbank Biznes sistemi haqqında ətraflı məlumat üçün //birbank.business saytına keçid alın və ya 896 məlumat mərkəzinə zəng edin.