BANK

16 İyul

AccessBank Azərbaycanda qadın sahibkarların maliyyə savadlılığının artırılması tədbirlərini davam etdirir

AccessBank Beynəlxalq Özəl Müəssisə Mərkəzi (CIPE) tərəfindən həyata keçirilən “Azərbaycanda qadın səlahiyyətləndirilməsi mərkəzləri” layihəsi və Azərbaycan Respublikası Qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin “Azərbaycanda məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması” layihəsi çərçivəsində növbəti təlimləri həyata keçirib.

Fins.az xəbər verir ki, Bakıda təşkil edilən təlim qadınların maliyyə savadlılığının artırılması mövzusuna həsr edilib.

Təlimlərə cəlb edilən qadın sahibkarlara “Sahibkar kredit götürərkən nəyə fikir verməlidir?”, “Borc almağın müsbət və mənfi tərəfləri” mövzularında  Thomaz International-Azerbaycan təşkilatının regional meneceri Rauf Ağayev,  “Azərbaycan kredit bürosunun fəaliyyəti və xidmətləri” mövzusunda AKB nümayəndəsi İlkin Ağayev, “Birlikdə daha risksiz: Sığortalının bizneslər üçün əhəmiyyəti” mövzusunda Paşa Sığorta şirkətinin nümayəndələri Hikmət Əliyev və Orxan Axundov təlimlər keçdilər.

Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi Pərvin Qəhrəmanova sahibkarlara “Maliyyə məlumatlılığı nədir? Mərkəzi Bankın aliyyə məlumatlılığı resursları” mövzusunda  təlim keçərək sahibkarların peşəkar inkişafı və doğru maliyyə xidmətlərini seçə bilmələri üçün yaratdığı imkanlarla tanış etmişdir.

Daha sonra AccessBank-ın əməkdaşı Pərvin Məmmədov “İstehlakçı hüquqlarının müdafiəsi” mövzusunda  sahibkarlara fəaliyyət dövründə lazım olan mövzularla bağlı təlim keçərək iştirakçıların suallarını cavablandırdı.   

Lənkəran şəhərində keçirilən təlimdə isə klinik psixoloq Könül Qasımova qadın sahibkarlara “Emosional zəka və müştəri ilə münasibət” mövzusunda təlim keçərək kommunikasiyalarda emosional münasibətlərin vacibliyini qeyd etdi.  

Gəncə şəhərində təşkil edilən təlim əsasən “Maliyyə savadlılığının artırılması” mövzusuna həsr edlilib, sahibkar qadınlara biznesin və vəsaitlərin idarə edilməsinə dair təlimatlar təqdim edilib. 

AccessBank-ın dəstəyi ilə növbəti təlimlər Gəncə və Şəki şəhərlərində keçiriləcək və “Emosional zəka və müştəri ilə münasibət”, “Maliyyə savadlılığı və maliyyəyə çıxış imkanları”, “SMM üçün fotoçəkiliş”, “Qadın liderliyi və qərarvermə proseslərində qadınların rolunun artırılması” kimi mövzulara həsr ediləcək.

AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 21-i bölgələrdə olmaqla, 35 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: //bit.ly/accessbank-filiallar.

Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.

*AccessBank QSC Azərbayca Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.

Fuad Mədətov
Fins.az