Reytinq artımı yüksək kapitallaşma, gəlirliliyin artması, eləcə də bankın kifayət qədər likvidliyi ilə bağlıdır.
Moody's Beynəlxalq reytinq agentliyi “Bank Respublika”nın yerli və xarici valyutada uzunmüddətli depozit reytinqinin B2-dən B1-ə yüksəldiyini açıqlayıb.
Fins.az xəbər verir ki, reytinq artımı yüksək kapitallaşma, səhmdarların dəstəyi, gəlirliliyin artması, eləcə də Bankın kifayət qədər likvidliyi ilə bağlıdır.
Agentlik həmçinin, Bankın reytinq üzrə proznozunu “Pozitiv”ə yüksəldərək, uzunmüddətli kredit reytinqini “B2” səviyyəsində təsdiqləyiblər.
Moody's analitikləri "Pozitiv" proqnozun nəzərdən keçirilən dövr ərzində Bankın kapital adekvatlığı göstəricilərinin və aktivlərin keyfiyyətinin yaxşılaşdığını əks etdirdiyini qeyd ediblər, həmçinin gələcəkdə maliyyə sabitliyinin daha da yaxşılaşacağını gözlədiyini vurğulayıblar.
Daha ətraflı məlumatı bankın rəsmi saytında eləcə də facebook, instagram, linkedin, telegram səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Fuad Mədətov
Fins.az