Sahibkarlığın inkişafına və maliyyələşməsinə hər zaman dəstək olan Yelo Bank real sektorun inkişafı istiqamətində geniş imkanlar yaradır. Belə ki, Bank Sahibkarlığın İnkişafı Fondu (SİF) ilə əməkdaşlıq çərçivəsində illik 5% ilə başlayan biznes kreditləri təklif edir. Fondun vəsaiti hesabına Yelo Bank-dan 10 milyon manatadək biznes kreditini 60 ayadək ödəmə imkanı əldə etmək mümkündür. Əlavə olaraq, kredit götürmüş sahibkarlar kredit müddətinin yarısınadək güzəşt müddətindən də faydalana bilər.
Bu barədə Fins.az-a bankdan məlumat verilib.
Qeyd edək ki, Yelo Bank 2024-cü ilin ilk 5 ayı üzrə SİF vəsaitləri hesabına verilən kreditlərin sayı və məbləğinə görə müvəkkil banklar arasında ilk 5-likdə qərarlaşıb. Siz də biznesinizin parlaq inkişafı üçün kredit müraciətini istənilən filiala yaxınlaşaraq və ya linkə keçərək edə bilərsiniz: //bit.ly/4cPJlI7
SİF krediti haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!
Fuad Mədətov
Fins.az