BANK

03 İyul

AccessBank Azərbaycanda qadın sahibkarlığının inkişafına aktiv dəstək tədbirlərini davam etdirir

Azərbaycanda sahibkarlığın, o cümlədən qadın sahibkarlığının inkişafına dəstək verən Accessbank, ABŞ-nin Azərbaycandakı səfirliyi tərəfindən maliyyələşdirilən və Beynəlxalq Özəl Müəssisə Mərkəzi (CIPE) tərəfindən həyata keçirilən “Azərbaycanda qadın səlahiyyətləndirilməsi mərkəzləri» layihəsində fəal iştirakını davam etdirir.

Fins.az xəbər verir ki, AccessBank-dəstəyi ilə həyata keçirilən layihə qadınlara sahibkarlıq sahəsində uğur qazanmaq üçün lazım olan məsləhət xidmətləri, resurslar və kommunikasiya imkanlarını yaradır.

Layihə çərçivəsində növbəti iki təlim Accessbank-ın Gəncə filialında və Baş ofisində təşkil edilib.  “SMM üçün fotoçəkiliş” adlı təlimlərdə xanımlar sosial media üçün foto çəkilişin incəliklərini öyrənərək müxtəlif qrup tapşırıqlarının həllində iştirak ediblər.

Accessbank-ın dəstəyi ilə növbəti təlimlər Lənkəran, Bakı, Gəncə, Şəki şəhərlərində keçiriləcək, və “Emosional zəka və müştəri ilə münasibət”, “Maliyyə savadlılığı və maliyyəyə çıxış imkanları”, “SMM üçün fotoçəkiliş”, “Qadın liderliyi və qərarvermə proseslərində qadınların rolunun artırılması” kimi mövzulara həsr ediləcək.

Qeyd edək ki, indiyə kimi təlimlərdə 164 xanım iştirak edib, layihə çərçivəsində xanım sahibkarlar tərəfindən 163 biznes plan təqdim edilib, onlardan 30-u 3000 AZN-ə qədər toxum kapitalı ilə təltif olunub. Ümumiyyətlə, layihə çərçivəsində 65 nəfərə toxum kapitalının təqdim edilməsi planlaşdırılır.

«Azərbaycanda qadın səlahiyyətləndirilməsi mərkəzləri» layihəsi 2022-ci ilin oktyabr ayından başlayıb və 2024-cü ilin sentyabr ayına qədər davam edəcək. Layihənın məqsədləri qadınların bilik və bacarıqlarını inkişaf etdirmək, peşəkar şəbəkələr yaratmaqla onların sahibkarlıq fəaliyyətində iqtisadi biliklərini artırmaq, liderlik qabiliyyətlərini gücləndirərək cəmiyyətə davamlı inteqrasiyasını sürətləndirməkdən ibarətdir. 

AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 21-i bölgələrdə olmaqla, 35 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: //bit.ly/accessbank-filiallar.

Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.  

*AccessBank QSC Azərbayca Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.

Fuad Mədətov
Fins.az