BANK

20 İyun

Unibank KB ASC iPhone alınması ilə bağlı kotirovka elan edir

Unibank iPhone telefonlarının alınması üzrə kotirovka elan edir.

Bankdan Fins.az-a verilən məlumata görə, kotirovkada iştirak etmək istəyənlər qiymət təklifini bağlı və möhürlənmiş zərfdə, kotirovka komissiyasının sədri Tural Həsənovun adına,  R.Behbudov 55 ünvanına (“Unibank”ın Baş ofisi) göndərməlidirlər.

Zərflərin qəbulu üçün son tarix 25.06.2024-cü il, saat 12.00-dır.

Kotirovkada qalib gələn şirkət həmin alqı–satqı ilə bağlı hesabı “Unibank” KB ASC-də açmalıdır.

Texniki şərtlər: 50 ədəd iPhone 15 pro 128 GB, qara rəngdə.

Fuad Mədətov
Fins.az