Xalq Bank XalqKart sahiblərini sevindirəcək növbəti kampaniyaya start verir.
Fins.az xəbər verir ki, 10 iyuladək XalqKart sahibləri 5 kateqoriya üzrə alış-verişlərdə 5% keşbek/petrol əldə edəcəklər. Belə ki, kampaniya müddəti ərzində XalqKart Petrol kartı bütün kafe və restoran, kinoteatr, icarə xidmətləri, hotel ödənişləri və aviabilet alışı, eləcə də gözəllik salonlarında 5% petrol, XalqKart Cashback kartı isə 5% keşbek qazandıracaq.
Xatırladaq ki, XalqKart Petrol ilə müştərilər həm ölkə daxilində, həm də xaricdə apardığı nağdsız ödənişlərdən 3% bonus qazanıb toplanmış bonusları ölkənin ən geniş Azpetrol YDM şəbəkəsində yanacağa dəyişə bilərlər. XalqKart Cashback kartı isə nağdsız əməliyyatlardan 2% keşbek qazandıran ödəniş kartıdır. Hər iki kartda olan digər üstünlüklər bunlardır:
- AZN qalığına illik 8% əlavə gəlir;
- ölkədaxili bütün kartlara aylıq 5000 AZN-dək komissiyasız köçürmə;
- aylıq 1000 AZN-dək komissiyasız nağdlaşdırma;
- onlayn sifariş və pulsuz çatdırılma.
Hər bir kart üzrə müştəri aylıq 300 AZN məbləğində keşbek qazana bilər.
XalqKartı Bankın filiallarında, yaxud //cardorder.xalqbank.az/ səhifəsinə keçid edərək onlayn sifariş etmək mümkündür. Bakı ərazisində çatdırılma pulsuzdur.
Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, //www.xalqbank.az/ rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.
Fuad Mədətov
Fins.az