BANK

08 İyun

Naxçıvanda verilən kreditlərin 86,1 faizi sənaye sektorunun payına düşüb

Naxçıvan Muxtar Respublikasının Sahibkarlığın İnkişafı Fondu tərəfindən bu ilin yanvar-may ayları ərzində ayrılan maliyyə dəstəyinin əhəmiyyətli hissəsi sənaye və aqrar sektora yönəlib.

Fins.az Muxtar Respublikanın İqtisadiyyat Nazirliyinin məlumatı əsasında, xəbər verir ki, hesabat dövründə layihələrin maliyyələşdirilməsinə 2,324 milyon manat vəsait sərf olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11,7 dəfə çoxdur.

Verilən kreditlərin 86,1 faizi sənaye sektorunun, 13,9 faizi isə müxtəlif kənd təsərrüfatı sahələrinin inkişafını dəstəkləyən layihələrin payına düşüb.