BANK

03 İyun

AMB və IMF maliyyə sektoru dayanıqlılığının artırılması üzrə istiqamətləri müzakirə ediblər

Azərbaycan Mərkəzi Bankı (AMB) və Beynəlxalq Valyuta Fondu (IMF) maliyyə sektorunun dayanıqlılığının artırılması istiqamətlərini müzakirə edib.

Fins.az bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, Mərkəzi Bankın sədri Taleh Kazımov Culian Çonun rəhbərlik etdiyi Beynəlxalq Valyuta Fondunun Maliyyə Sektorunun Qiymətləndirilməsi Proqramının (FSAP) missiyası ilə görüşüb.

FSAP missiyasının nəticələri görüşün əsas müzakirə mövzusu olub. Həmçinin proqram çərçivəsində maliyyə sektorunun dayanıqlılığının artırılmasını hədəfləyən yeni istiqamətlərin müəyyən olunması ətrafında fikir mübadiləsi aparılıb.

Fuad Mədətov
Fins.az