Bu ilin sonunadək Şuşada "PAŞA Bank"ın filialı açılacaq.
Fins.az xəbər verir ki, bu barədə "PAŞA Bank"ın baş icraçı direktoru və İdarə Heyətinin sədri Cavid Quliyev 2023-cü il üzrə fəaliyyətin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu ilin sonunadək Şuşada "PAŞA Bank"ın filialı açılacaq:
"Bu filial həmin bölgədə müştəri xidmətlərini əlaqələndirəcək. Daha ətraflı məlumat yaxın aylarda veriləcək".
Qeyd edək ki, 2023-cü ilin yekunlarına görə, PAŞA Bankın aktivləri 8,622 milyard manat (2,2 faiz artım), kredit portfeli 2,958 milyard manat (4,7 faiz artım), öhdəlikləri 7,809 milyard manat (35,7 faiz artım), xalis mənfəəti isə 271,551 milyon manat (3,18 dəfə artım) olub.
Fuad Mədətov
Fins.az