BANK

29 May

2023-cü il Paşa Bank üçün rekord oldu - Cavid Quliyev

2023-cü il Paşa Bank üçün rekord oldu.

Fins.az xəbər verir ki, bu barədə "PAŞA Bank"ın baş icraçı direktoru və İdarə Heyətinin sədri Cavid Quliyev 2023-cü il üzrə fəaliyyətin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, 2023-cü il Paşa Bank üçün rekord oldu və göstəricilər arasında ilin yekunları üzrə kredit portfelinin, gəlir və mənfəətin rekord göstəriciləri xüsusən nəzərə çarpır:

"2021-2023-cü illər ərzində bir sıra əsas göstəricilərdə mühüm artım nümayiş olunub. Belə ki, aktivlər 56,3 faiz, kredit portfeli 46,5 faiz, kiçik və orta sahibkarlığın (KOS) kreditləşdirilməsi portfeli 102,2 faiz, müştəri hesabları 76,3 faiz, məcmu kapital 104,4 faiz, mənfəət 83,7 faiz, komissiya və yığımlardan gəlirlər isə 78,1 faiz artıb. Əlavə olaraq, bank aşağıdakı nəticələrə nail olub: KOS seqmenti rəqəmsal modellər vasitəsilə 298 milyon manat emissiya edib, Rəqəmsal Faktorinq Platforması çərçivəsində müştərilərə 13,8 milyon manat kredit verilib, subordinasiya edilmiş borclar formasında 50,8 milyon ABŞ dolları cəlb edilib, kibertəhlükəsizliyə qoyulan investisiyaların ümumi həcmi 6,5 milyon manat olub".

Qeyd edək ki, Paşa Bank korporativ bank sektorunda öz mövqelərini möhkəmləndirməyə və aparıcı banklarla əməkdaşlığı genişləndirməyə, o cümlədən Amerika banklarının müxbir hesabları ilə birbaşa əlaqələr qurmağa davam edir.

Fuad Mədətov
Fins.az