BANK

23 May

AMB-nin yerli BOKT-lara verdiyi kreditlərin ümumi məbləği 7 milyon 584 min manat olub

Bu il yanvarın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) yerli bank olmayan kredit təşkilatlarına (BOKT) verdiyi kreditlərin ümumi məbləği 7 milyon 584 min manat olub.

Fins.az bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.

Sənədə əsasən, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 45,2 % azdır.

Fuad Mədətov
Fins.az