Azərbaycan Mərkəzi Bankı (AMB) 2023-cü ili 349,113 milyon manat mənfəətlə başa vurub. Halbuki, AMB 2022-ci ildən 63,955 milyon manat zərərlə çıxıb.
Fins.az bu barədə AMB-nin maliyyə hesabatına istinadən xəbər verir.
Ötən il AMB-nin faiz gəlirləri 515,327 milyon manat (əvvəlki ilə nisbətən 2,3 dəfə çox), faiz xərcləri 299,649 milyon manat (78,4 % çox), haqq və komissiya gəlirləri 28,371 milyon manat (12,5 % az), haqq və komissiya xərcləri 3,33 milyon manat (10 % az), sair əməliyyat gəlirləri 1,116 milyon manat (96,3 % az), sair əməliyyat xərcləri 113,32 milyon manat (1,6% az), maliyyə öhdəliklərinin tanınması üzrə gəlirləri 47,892 milyon manat (18,9 % az), maliyyə aktivlərinin tanınması üzrə gəlirləri 2,974 milyon manat (əvvəlki il olmayıb), qiymətli kağızlarının yenidən qiymətləndirilməsi üzrə gəlirləri 34,465 milyon manat (əvvəlki il zərər olub), qiymətli kağızlarının realizasiyası üzrə gəlirləri 101,931 milyon manat (əvvəlki il zərər olub), qiymətli kağızlarının dəyərsizləşməsi üzrə zərəri 470 min manat (39,4 % az), törəmə maliyyə alətlərinin yenidən qiymətləndirilməsi üzrə zərəri 4,32 milyon manat (əvvəlki il gəlir olub), investisiya fondlarındakı vəsaitlərinin yenidən qiymətləndirilməsi üzrə gəlirləri 13,548 milyon manat (2,95 dəfə çox), xarici valyuta mövqeyinin yenidən qiymətləndirilməsi üzrə gəlirləri 48,801 milyon manat (əvvəlki il zərər olub), xarici valyuta əməliyyatları üzrə gəlirləri 914 min manat (77,64 % az), digər zərəri isə 25,137 milyon manat (əvvəlki il gəlir olub) təşkil edib.
Fuad Mədətov
Fins.az