BANK

21 May

"PSG Finans" BOKT-un vəzifəli şəxsi cərimələnib - Mərkəzi Bank

Azərbaycan Mərkəzi Bankı (AMB) "PSG Finans" MMC bank olmayan kredit təşkilatının (BOKT) vəzifəli şəxsini cərimə edib.

Fins.az bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, qurumun apardığı kompleks yoxlama çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulması ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 598.1.1 və 598.1.2-ci maddələrinə müvafiq olaraq AMB-nin təqdimatı əsasında Xətai Rayon Məhkəməsinin qərarı ilə kredit təşkilatının vəzifəli şəxsi 10 min manat cərimələnib.

Fuad Mədətov
Fins.az