Azərbaycan Mərkəzi Bankı (AMB) "Finka Azərbaycan" MMC bank olmayan kredit təşkilatını (BOKT) və onun vəzifəli şəxsini cərimə edib.
Fins.az bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, qurumun apardığı kompleks yoxlama çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulması ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddələrinə müvafiq olaraq AMB-nin təqdimatı əsasında Nəsimi Rayon Məhkəməsinin qərarı ilə kredit təşkilatı 20 min manat, onun vəzifəli şəxsi isə 2 min manat cərimələnib.
Fuad Mədətov
Fins.az