Azərbaycan Mərkəzi Bankında (AMB) rəqəmsal ödəniş həllərinin tətbiqinin genişləndirilməsində yeni bazar oyunçularının rolunun möhkəmləndirilməsi müzakirə edilib.
Fins.az bu barədə AMB-yə istinadən xəbər verir.
Bununla bağlı Mərkəzi Bankın baş direktoru Fərid Osmanov Azərbaycan Fintex Assosiasiyasının nümayəndələri ilə görüşüb.
F.Osmanov fintex ekosisteminin inkişaf tendensiyalarından bəhs edərkən ödəniş xidmətlərinə əlçatanlığın artırılmasında, eləcə də rəqəmsal ödəniş həllərinin tətbiqinin genişləndirilməsində yeni bazar oyunçularının rolunun möhkəmləndirilməsi barədə əsas məqamlara toxunub.
Görüşdə həmçinin AMB-nin xüsusi tənzimləmə rejimi və onun imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Fuad Mədətov
Fins.az
Mərkəzi Bankın baş direktoru Fərid Osmanov may ayının 17-də Azərbaycan Fintex Assosiasiyasının nümayəndələri ilə görüşüb.
— Azərbaycan Mərkəzi Bankı (@Merkezi_Bank_AZ) May 20, 2024
Fərid Osmanov fintex ekosisteminin inkişaf tendensiyalarından bəhs edərkən ödəniş xidmətlərinə əlçatanlığın artırılmasında, eləcə də rəqəmsal ödəniş… pic.twitter.com/R1Sq4AMJnC