BANK

18 May

"Naxçıvanbank"ın biznes kredit portfeli 21,9 % azalıb

"Naxçıvanbank" ASC (ASB) 2024-cü ilin I rübü üzrə biznes kredit portfeli 76 568 min manat təşkil edib.

Fins.az "Naxçıvanbank"ın maliyyə hesabatına əsasən xəbər verir.

Məlumata görə, bankın biznes kredit portfeli 2023-cü ilin sonuna nisbətən 2024-cü ilin I rübünün sonu ilə müqayisədə 21 497 min manat və ya 21,9 % azalıb.

Fuad Mədətov
Fins.az