BANK

18 May

"Ziraat Bank Azərbaycan"nın biznes kredit portfeli 356 247 min manat təşkil edib

"Ziraat Bank Azərbaycan" ASC 2024-cü ilin I rübü üzrə biznes kredit portfeli 356 247 min manat təşkil edib.

Fins.az "Ziraat Bank Azərbaycan"ın maliyyə hesabatına əsasən xəbər verir.

Məlumata görə, bankın biznes kredit portfeli 2023-cü ilin sonuna nisbətən 2024-cü ilin I rübünün sonu ilə müqayisədə 19 232 min manat və ya 5,1 % azalıb.

Fuad Mədətov
Fins.az