"Kapital Bank" yaxın zamanlarda illik faiz dərəcəsi 10 faiz olan manat istiqrazları buraxacaq.
Fins.az xəbər verir ki, bunu mətbuat konfransı zamanı "Kapital Bank"ın idarə heyətinin sədri, Baş icraçı direktor Fərid Hüseynov deyib.
Onun sözlərinə görə, bank yaxın müddətdə manat istiqrazları yerləşdirməyi düşünür:
"Bazarın tələbatı analiz edildikdən sonra 100 milyon manata qədər yerləşdirməyi düşünürük. İlk tranş - 50 milyon manat olaraq planlaşdırılır”.
F.Hüseynov qeyd edib ki, "Kapital Bank" Azərbaycanda istiqraz bazarının inkişaf etdiyini və önəmli olduğunu görür:
“Biz bu istiqamətin genişləndirilməsində öz rolumuzu görürük. Biz dollar istiqrazları buraxdıq. Dollar istiqrazlarının 82 faizi fiziki şəxlər tərəfindən əladə olunub. Bu, onu göstərir ki, əhalinin innovasiyalara marağı var”.
Fuad Mədətov
Fins.az