Türkiyədə inflyasiya aprel ayında rekord həddə çatıb. İllik ifadədə bu göstərici 69,8%-ə yüksəlib ki, bu da ölkədə inflyasiyanın 85% olduğu 2022-ci ilin noyabrından bəri ən yüksək səviyyədir.
Fins.az xəbər verir ki, istehlak qiymətlərində ən çox artım təhsil sektorunda (artım 103,86%), o cümlədən otel, kafe və restoranlarda (artım 95,82%) baş verib.
Aylıq ifadədə isə Türkiyədə inflyasiya 3,18% artıb ki, bu da əsasən alkoqollu içkilər və tütün məmulatlarının qiymətlərinin artması, o cümlədən otel, kafe və restoranlarda qiymət artımı hesabına baş verib.
Heyrətamiz rəqəmə baxmayaraq, istehlak qiymətləri indeksinin aprel dinamikası analitiklərin gözləntilərindən aşağı olub.