2024-2026-cı il strategiyasında mikro, kiçik və orta sahibkarlığa dəstəyə çox yer ayırılıb.
Fins.az xəbər verir ki, bunu mətbuat konfransı zamanı “Kapital Bank”ın idarə heyətinin sədri, Baş icraçı direktor Fərid Hüseynov deyib.
F.Hüseynov bildirib ki, buraya yalnız kreditləşmə yox, başqa rəqəmsal xidmətlərin də təqdim edilməsi daxildir:
“Məsələn, biz Maestro xidmətini təqdim etmişik. Bu xidmət müştərilərə bank xidmətlərinə gedən vəsaitin təxminən 65 faizinə qənaət etməyə imkan verir. Bu xidmətin unikallığı ondan ibarətdir ki, bu, tam rəqəmsaldır”.
O qeyd edib ki, “Kapital Bank”ın korporativ müştərilərinin 95 faizi mikro, kiçik və orta sahibkarlardır:
““Kapital Bank”ın korporativ müştərilərinin sayı 211 mindir, onlardan 95 faizdən artığı mikro, kiçik və orta sahibkarlardır”.
Fuad Mədətov
Fins.az