BANK

17 May

Güzəştli kreditlərlə 1684 layihə

Bu ilin yanvar–aprel aylarında İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu tərəfindən sahibkarlara 61,3 milyon manat güzəştli kredit verilib.

Sahibkarlığın İnkişafı Fondu sədrinin müşaviri Namiq Zeynalov bildirib ki, bu vəsait 1684 layihə üzrə ödənilib. Onun sözlərinə görə, həmin layihələrin reallaşdırılması nəticəsində 963 yeni iş yerinin yaradılması nəzərdə tutulur. 

N.Zeynalov deyib ki, 2023-cü ildə fond tərəfindən ümumi dəyəri 459,9 milyon manat olan 3276 investisiya layihəsinin maliyyələşdirilməsinə 193,8 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 3 mindən çox yeni iş yeri açılıb. Verilmiş kreditlərin 46,4 faizi kənd təsərrüfatı məhsullarının istehsalı, 43 faizi sənaye məhsullarının istehsalı və emalı, 5,5 faizi xidmət sahələri, 4,5 faizi turizmin inkişafı layihələrinə yönəldilib. Güzəştli kreditlərin 72 faizi regionların, 28 faizi isə Bakı şəhəri və Abşeron iqtisadi rayonunun payına düşüb.